Rəsmi statistika: Son 7 ay ərzində işsizlərin sayı cəmi 100 nəfər azalıb

Bu ilin ilk 7 ayı ərzində Azərbaycanda işsiz insanların sayı 100 nəfər azalıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, avqust ayının 1-nə olan məlumata görə ölkədə 251 min 600 nəfər işsiz olub ki, bu da iqtisadi fəal əhalinin 4,9%-nə bərabər olub.

2018-ci il avqustun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı isə 36,1 min nəfər olub, onların 37,1%-ini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top