Ukrayna ordusu Donbassda yeni əraziləri nəzarətə götürüb

2018-ci il aprelin 30-da Ukraynanın şərqində Birləşmiş Qüvvələrin əməliyyat keçirməsinə başlamasından bəri Silahlı Qüvvələr Donbassdakı hərbi əməliyyatlar zonasında 15 kvadratkilometr ərazini nəzarətə götürüb.

Yeniavaz.com-un UNIAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Qüvvələrin komandanı Sergey Nayev deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Minsk razılaşmalarına və atəşkəs rejiminə sadiq qalırlar, lakin Rusiyanın təxribatlarına adekvat cavab verirlər.

DİGƏR XƏBƏRLƏR

Top