Türkiyə ABŞ dövlət borcunun ən böyük sahibləri siyahısından çıxdı

Türkiyə iyunda ABŞ-ın dövlət borcuna qoyuluşlarını azaldıb, buna görə də Amerikanın xəzinə kağızlarının iri sahibləri sırasından çıxıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, hesabat dövründə Ankaranın Amerika dövlət borcuna qoyuluşu 28,8 milyard dollaradək azalıb, hərçəndə mayda göstərici 32,6 milyard dollar təşkil edib. Türkiyə ötən ilin noyabr ayından bəri ABŞ-ın dövlət istiqrazlarına öz qoyuluşlarını durmadan azaldıb. Həmin vaxt onların həcmi 61,2 milyard dollar olub (hazırdakından iki dəfə çox).

Rusiya siyahını hələ may ayında tərk edib, Moskva ABŞ-ın dövlət istiqrazlarına öz qoyuluşlarını kəskin – 48,7 milyard dollardan 14,9 milyard dollaradək azaldıb. İyunda Amerika dövlət borcuna qoyuluş mayla müqayisədə dəyişməyib.

İyun ayının nəticələri üzrə siyahının lideri Çin olub. Onun qoyuluşları 1,179 trilyon dollar qiymətləndirilir ki, bu da mayla müqayisədə 0,4 faiz azdır. İkinci yerdə Yaponiya qərarlaşıb, onun qoyuluşu əvvəlki ayla müqayisədə 1,75 faiz azalaraq 1,03 trilyon dollar təşkil edib. ABŞ-ın dövlət borcunun üçüncü ən böyük sahibi Braziliyadır. Bu ölkənin qoyuluşları 300,1 milyard dollar (mayla müqayisədə 0,3 faiz artım) olub.

DİGƏR XƏBƏRLƏR

Top