Məsələ ictimailəşdi, Bakıda dayanacağın ətrafına çəkilən hasar söküldü - YENİLƏNİB

Bakının Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafının zəbt edilməsi barədə bu gün məlumat vermişdik.

Yeniavaz.com saytının məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır: : "Əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək".

***

11:35

Bakının Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib: "Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".

DİGƏR XƏBƏRLƏR

Top