
Bakı-Qazax avtomagisrtalında iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, hadisə yolun Goranboy rayonundan keçən hissəsində baş verib. “Ford” markalı yük maşını iritonnajlı “Kamaz”-a çırpılıb.
Nəticədə avtomobilin daşıdığı yağ yola dağılıb.
Qəza zamanı xəsarət alan sürücünü təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmdov Goranboy rayon Xəstəxanasına çatdırıb.
Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Digər yaralı isə təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy
Tətbiqimizi yükləyə bilərsiniz