
Liviya məhkəməsi 2011-ci ildə ölkənin lideri Müəmmər Qəddafiyə qarşı keçirilən kütləvi iğtişaşlar zamanı nümayişçilərə atəş açan 45 polis barəsində ölüm hökmü çıxarıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, məhkum olunanlar güllələnəcək. Bu iş üzrə adı keçən 22 nəfər bəraət alıb, daha 54 nəfər isə beş il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2011-ci ildə Liviyada kütləvi iğtişaşlardan sonra vətəndaş müharibəsi qızışdı. Bu müharibə M. Qəddafinin hakimiyyətdən devrilməsinə və onun qətlinə gətirib çıxardı.
Tətbiqimizi yükləyə bilərsiniz