"Keşiş Branson azad edilsə belə..." ABŞ-dan YENİ AÇIQLAMA

Türkiyə həbsdə olan keşiş Endryu Branson və digər diplomatlar azad edildiyi təqdirdə ABŞ sanksiya qərarlarını yenidən baxa bilər.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Sarah Sanders deyib. ABŞ rəsmisi Türkiyənin tətbiq etdiyi gömrük vergilərinin yanlış olduğunu bildirib: "Polad və alüminium vergisi Branson azad edilsə belə aşağı salınmayacaq. Çünki verginin artırılmasına dair verilən qərar milli təhlükəsizliyimizlə bağlıdır. Həbsdə olan keşiş Endryu Branson və digər diplomatlar azad edildiyi təqdirdə ABŞ yalnız sanksiya qərarlarını yenidən dəyərləndirə bilər. Türkiyənin bizə tətbiq etdiyi əlavə gəlir vergisi isə yanlış addımdır".

Xatırladaq ki, ABŞ-ın sanksiyalarına cavab olaraq Türkiyə Amerika məhsullarının idxal rüsumlarını qaldırıb. Belə ki, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% artırılıb.

DİGƏR XƏBƏRLƏR

Top