Ruhani: Xəzər üzrə saziş ABŞ-ın planlarının qarşısını aldı

Xəzər dənizinin hüququ statusu haqqında konvensiya ABŞ və NATO-nun öz silahlı qüvvələrini regiona göndərmək üzrə planlarının qarşısını alıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, ABŞ və NATO-nun əlbirliyi ondan ibarət olub ki, Xəzər dənizinin sahilinə onların əsgərləri çıxsın, burada Amerika gəmiləri, helikopterləri və hərbi bazaları olsun.

H. Ruhani qeyd edib ki, lakin konvensiya Xəzərdə hərbi bazaların yaradılmasını və xarici gəmilərin iştirakını qadağan etdi: “Razılaşmalara əsasən, bu dənizin akvatoriyasında olan hərbi gəmi Xəzəryanı dövlətlərinin beşindən birinin bayrağı altında üzməlidir”.

İran Prezidenti əlavə edib ki, konvensiya bölgənin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir: “Son sammit zamanı İran və digər ölkələrdə narahatçılıq doğuran bir sıra vacib məsələlər həllini tapdı. Onlardan ən vacibi Xəzər dənizinin təhlükəsizliyi məsələsi olub”.

Xatırladaq ki, avqustun 12-də V Xəzər sammitinin iclası keçirilib. Sammitin yekunu üzrə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiyanı imzalayıblar. Onun üzərində iş 1996-cı ildən aparılırdı.

DİGƏR XƏBƏRLƏR

Top