Avtomobil kanala aşıb - ailənin 3 üzvü xəsarət alıb

Yevlax rayonunda avtomobil suya düşüb. Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Əkşəm kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə üç nəfər bir ailənin üzvüləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top