Neft Fonduna 136 milyard 613 milyon dollar daxil olub

İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 136 milyard 613 milyon dollar daxil olub. Yeniavaz.com-a bu barədə ARDNF-a istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il avqustun 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 134 milyard 107 milyon dollar gəlir əldə olunub. Bu məbləğin 5 milyard 621 milyon dolları bu il daxil olan vəsaitin payına düşüb.

2007-ci ildən “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2 milyard 506 milyon dollar daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top