Məhkəmə Koçaryanla bağlı qərarını verdi

Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin keçmiş Prezidenti Robert Koçaryanın vəkillərinin vəsatətini təmin edərək onu həbsdən azad edib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu R. Koçaryanın vəkili Ruben Saakyan deyib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib, çünki R. Koçaryanın toxunulmazlıq hüququ var: “Koçaryan artıq azad edilib və məhkəmə binasını tərk edib”.

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart 2018-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürmüşdü. R. Koçaryan bir gün sonra, yəni iyulun 27-də iki ay müddətinə həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top