Bu il buğdanın məhsuladarlığı azalıb

Avqust ayının 6-na olan məlumata görə, ölkə üzrə payızlıq və yazlıq buğda biçini 99,2%, arpa biçini isə 99,7% başa çatıb. Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, ümumilikdə 672 min 516 hektar sahədə buğda (2017-ci ildə 590 min 162 ha), 336 min 49 hektar sahədə arpa biçini (2017-ci ildə 317 min 693 ha) aparılıb.

Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb.

Bu il ölkə üzrə 3 milyon 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2 milyon 31 min 654 tonu buğda, 937 min 90 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda¸ 124 min 570 ton arpa artıq yığılıb.

DİGƏR XƏBƏRLƏR

Top