Bakıda köklüyü başına bəla olan şəxsə FHN yardıma gəlib

Bakıda köklük səbəbindən evdən çıxa bilməyən şəxsə FHN kömək edib. Yeniavaz.com saytı nazirliyin saytına istinadən bu barədə xəbər yayıb.

"Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1959-cu təvəllüdü Trayeb Aleksandr Vilemoviç artıq çəkili olması səbəbi ilə yaşadığı mənzildə köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşa müvafiq köməklik göstəriblər. Əməliyyat başa çatıb",-deyə nazirliyin məlumatında bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top