ABŞ-da təyyarə qaçırıldı - VİDEO

ABŞ-da “Alaska Airlines “ aviaşirkətinin əməkdaşı Sietl Takoma beynəlxalq aeroportundan “Bombardier Dash 8 Q400” təyyarəsini qaçırıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu aeroportun nümayəndələri deyiblər.

Qaçırılan təyyarədə adam olmayıb. Polisin məlumatına əsasən, təyyarəyə müdaxilə etmək üçün iki ədə F-15 qırıcı təyyarəsə havaya qaldırılıb. Qırıcılar təyyarəni insanların olmadığı zonaya aparmağa çalışıb. Nəticədə layner Ketro adası yaxınlığında düşüb.

Bunun qırıcı təyyarələrin müdaxiləsi nəticəsində baş vermədiyi deyilir. Polisdən qeyd ediblər ki, insident terror aktı ilə bağlı deyil.

teyyare

DİGƏR XƏBƏRLƏR

Top