Gəncə hadisələrinin daha bir iştirakçısı öldürülüb

3 və 10 iyul Gəncə hadisələrinin axtarışda olan fəal iştirakçılarından biri müqavimət göstərdiyinə görə Daxili İşlər Nazirliyinin xüsusi operativ qrupu tərəfindən məhv edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.

İnformasiyaya əsasən, öldürülən Gəncə sakini Rəhimov Murad Çapay oğludur. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərin gedişatında cinayətkarın Sumqayıtda gizləndiyi yer müəyyən edilib.

Cinayətkar polislərin təslim olmaq və silahı təhvil vermək barədə dəfələrlə etdikləri çağırışlara əhəmiyyət verməyib və qanun keşikçilərinə atəş açıb. Polis xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və cavab tədbirləri ilə cinayətkar məhv edilib.

Hadisə yerinin müayinəsi zamanı Murad Rəhimovun yanında “Makarov” tapançası və ona aid döyüş sursatı aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top