Hansı ölkədə sürücülər daha çox benzin ala bilir? - CƏDVƏL

Dünən Azərbaycanın aparıcı xəbər saytlarının birində ölkəyə idxal olunan "Premium Euro-95" ("Aİ-95") markalı avtomobil benzininin qiyməti ilə bağlı yazı yayımlanıb. Həmin yazıda qeyd olunub ki, ölkəyə idxal olunan benzinin hər litri hazırda orta hesabla təxminən 1,3 manata (76 sent) başa gəlir və bu daxili bazarda satılan qiymətdən (74 sent) bahadır. Xəbər sayıtı bəzi qonşu ölkələrdə "Aİ-95" markalı benzinin Azərbaycanla müqayisədə baha olduğunu da xüsusi olaraq vurğulayıb. Qonşu Gürcüstan və Türkiyədəki qiymətləri nümunə olaraq göstərib. Lakin nədənsə digər qonşu ölkələrdki qiymətləri və hətta Gürcüstan və Türkiyədə əhalinin alıcılıq qabiliyyətini qeyd etməyib.

Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti qonşu Ermənistan, Gürcüstan və Türkiyə ilə müqayisədə ucuz olsa da, digər qonşu və region ölkələrindən bahadır. Rusiya, İran, Belarus, Qazaxıstanda "Aİ-95" markalı benzinin qiyməti Azərbaycanla müqayisədə daha ucuzdur. Adlarını qeyd etdiyimiz bütün ölkələrdə isə əhalinin alıcılıq qabiliyyəti Azərbaycanla müqayisədə daha yüksək olduğu üçün həmin ölkələrdəki mövcud qiymətlə onlar daha çox benzin ala bilirlər.

Məşhur "globalpetrolprices.com", "numbeo.com", "cisstat.com" portallarına istinadən ölkələrdəki mövcud orta aylıq əmək haqqını və benzinin (Aİ-95) qiymətini nəzərə alaraq müqayisə apardığımız zaman, məlum olur ki, ən az benzin almaq imkanına Azərbaycan sürücüləri sahibdir:

DİGƏR XƏBƏRLƏR

Top