Son 7 ay ərzində ölkəyə 96 milyon dollarlıq meyvə-tərəvəz idxal edilib

Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə 768,2 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 106 milyon dolları buğdanın, 95,9 milyonu meyvə-tərəvəzin, 43,2 milyon dolları şəkərin, 90,8 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2018-cı ilin yanvar-iyul aylarında tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 7 ayı ərzində müvafiq olaraq 73,3 və 153,8 milyon dollar ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top