ABŞ Türkiyəyə qarşı yeni rüsumun tətbiq tarixini açıqladı

ABŞ Türkiyədən idxal etdiyi poladın gömrük rüsumunun yeni tarifini avqustun 13-dən etibarən tətbiq etməyə başlayacaq.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökumətinin məlumatında deyilir.

Ağ ev tərəfindən ABŞ Prezidenti Donald Trampın imzası ilə yayımlanan açıqlamada bildirilir: “Polad idxalını daha da azaltmaq və yerli imkanlardan istifadəni artırmaq üçün avqustun 13-dən başlayaraq Türkiyədən idxal edilən poladın gömrük rüsumunu 50 faiz (əvvəl 25 faiz) tətbiq etmənin lazım olduğuna qərar verdim”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 10-da Türkiyəyə qarşı polad və alüminium rüsumlarının iki dəfə atırılmasını təsdiqləyib. Onun sözlərinə görə, indi alüminium rüsumları 20 faiz, polad rüsumları isə 50 faiz təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top