Ermənistanın sabiq baş nazirinin qardaşının həbsi tələb edilir

Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyana qarşı ittiham irəli sürülüb.

Yeniavaz.com "RİA Novosti"yə istinadən xəbər verir ki, O. Abramyan qanunsuz silah və döyüş vasitələrini əldə etmək və saxlamaqda günahlandırılır.

Xüsusi İstintaq İdarəsindən verilən məlumata görə, sözügedən silah-sursat Mxçyan kəndində yerləşən mexaniki-təmir zavodunun ərazisində aşkarlanıb. Həmin zavod Ambik Qevorkyan adına rəsmi qeydiyyatda olsa da, müəssisənin həqiqi sahibinin keçmiş baş nazir olduğu bildirilir. Milli Təhlükəsizlik Xidmətinin direktoru hazırda həmin silahların 1-2 mart 2008-ci il hadisələri zamanı istifadə olunub-olunmamasını araşdırıldığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top