Ağ Ev türk poladına qarşı rüsumun artırılmasını səbəbini açıqladı

ABŞ hakimiyyəti milli təhlükəsizliyə təhdid səbəbindən Türkiyədən idxal olunan polad üçün rüsumları artırıb. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Ağ evin mətbuat katibi Lindsi Uolters deyib.

Xanım Uoltersin sözlərinə görə, rüsumlar “Ticarətin genişləndirilməsi haqqında qanunun” 232-ci maddəsi üzrə tətbiq edilib. Qanun ixracı ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid törədən ölkələrdən idxala əlavə tariflərin qoyulmasını nəzərdə tutur. L. Uolters izah edib ki, indiki halda qərar ticarət və ya hansısa digər işlər üzrə danışıqlardan asılı olmayaraq qəbul edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 10-da Türkiyəyə qarşı polad və alüminium rüsumlarının iki dəfə atırılmasını təsdiqləyib. Onun sözlərinə görə, indi alüminium rüsumları 20 faiz, polad rüsumları isə 50 faiz təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top