.jpg)
ABŞ Türkiyədən idxal edilən polad və alüminiumun rüsumlarını iki dəfə artıracaq.
Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp müvafiq göstəriş verib.
D. Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumunu iki dəfə artırmağa icazə verib ki, onlar müvafiq olaraq 20 faiz və 50 faiz təşkil etsin.
ABŞ Prezidenti “Twitter” səhifəsində yazıb: “Türkiyəyə gəlincə, mən indicə polad və alüminiumun rüsumlarını iki dəfə artırmağa icazə vermişəm, hazırda onların valyutası, türk lirəsi bizim möhkəm dollara qarşı kəskin düşür! Alüminium üçün rüsumlar indi 20 faiz, polad üçün rüsumlar isə 50 faiz təşkil edəcək. Hazırda Türkiyə ilə münasibətlərimiz yaxşı deyil”.
Tətbiqimizi yükləyə bilərsiniz