Ərdoğan: Onların dollarları varsa, bizim də Allahımız var

“Müxtəlif kampaniyalar aparırlar. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var. Heç narahat olmayın. Çox işləyəcəyik və 2023-cü ilə fərqli şəkildə qədəm qoyacağıq”.

Yeniavaz.com-un “Habertürk” saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin dollara nisbətdə ucuzlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə dünəndən daha yaxşı vəziyyətdədir, sabah bu gündən daha da yaxşı olacaq: “16 il əvvəl nəyiydik, indi nəyik. İnşallah sizlərə səbr arzu edirəm. Çox çalışacağıq. İnşallah 2023-cü ilə fərqli şəkildə qədəm qoyacağıq. Mən buna inanıram”.

DİGƏR XƏBƏRLƏR

Top