Azərbaycanda sement bahalandı - 10 faiz

Azərbaycanın aparıcı sement istehsalçısı – “Norm” MMC istehsal etdiyi məhsulların qiymətini təxminən 10% artırdığı bildirilir. Məlumata görə, hazırda şirkətə məxsus 40 kq-lıq 300 marka sementin topdansatış qiyməti 5,8 manatdır ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,6 manat çoxdur. “Norm” 40 kq-lıq 400 marka sementin topdansatış qiymətini isə 0,7 manat artıraraq 6,6 manata çatdırıb. Hazırda həmin məhsulların pərakəndə satış qiymətləri müvafiq olaraq 6 manat və 6,8 manatdır. (report)

DİGƏR XƏBƏRLƏR

Top