"Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasının yanına - Dağlıq Qarabağa gəlib"

"Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sərkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq". Yeniavaz.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Sərkisyan birinci varianta üstünlük verərsə, onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq. Ancaq bu varianta Qarabağdakı separatçıların hazırki idarəediciləri razılaşmayacaqlar. Çünki Qarabağ separatçıları Sərkisyanı qorusalar və İrəvana təhvil verməsələr Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də Qarabağ separatçıları üçün müsbət qərar o olar ki, Serj Sərkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın.

Bu arada, Nikol Paşinyan 17 avqustda İrəvanda keçirəcəyi mitinqə Qarabağdakı gənc tərəfdarlarını da dəvət edib. Bu Paşinyana ona görə lazımdır ki, onun Robert Köçəryana və Serj Sərkisyana qarşı mübarizəsi Qarabağ ermənilərinə qarşı mübarizəsi kimi dəyərləndirilməsin",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top