Bu gün səhər saatlarında Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı məzənnəsi tarixi rekord müəyyənləşdirərək ən aşağı səviyyəyə düşüb. Yeniavaz.com xəbər verir ki, 1 dollar bu gün 6 lirənin üzərinə çıxıb.
Qeyd edək ki, Türkiyə lirəsi dollar qarşısında heç vaxt bu səviyyədə ucuzlaşmayıb.