Qurban Qurbanovun "Qarabağ"da 10 ili

Bu gün Qurban Qurbanovun "Qarabağ"da baş məşqçi kimi debütündən 10 il keçir.

Millimizin də çalışdırıcısı olan 46 yaşlı mütəxəssis Ağdam klubunu ilk dəfə 9 avqust 2008-ci ildə meydana çıxarıb.

Komanda Qurbanovun başçılığı altında ilk oyununda "Bakılı"nı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Qarabağ" Q.Qurbanovun başçılığı altında 5 dəfə Azərbaycan çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb.

(Qol.az)

DİGƏR XƏBƏRLƏR

Top