Gömrükdən büdcəyə daxilolmalar kəskin artıb

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 25,4% və ya 65 miyon 551 min manat artaraq 322 milyon 161,5 min manata çatıb.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 85 milyon 951,2 min manat, əlavə dəyər vergisi üzrə 214 milyon 508,3 min manat, aksizlər üzrə 18 milyon 247,1 min manat, yol vergisi üzrə isə 3 milyon 454,9 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top