Rubl ucuzlaşmaqda davam edir

Moskva birjasında dolların məzənnəsi 1 rubl artaraq 66,55 rubla çatıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bununla da dolların məzənnəsi 2016-cı il noyabrından bəri 66 rubl həddini ötüb.

Avronun məzənnəsi isə 1,15 rubl bahalaşaraq 77,17 rubla çatıb. Bu il aprelin 16-dan bəri ilk dəfə olaraq avronun məzənnəsi 77 rubl səviyyəsin keçb.

Xatırladaq ki, avqustun 8-də dolların məzənnəsi aprelin 11-dən bəri ilk dəfə 65 rublu keçib.

DİGƏR XƏBƏRLƏR

Top