Saakaşvili: Medvedev sıfırdır

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiyanın Baş naziri Dmitri Medvedevə olan münasibəti barədə danışıb, eləcə də 2008-ci ildə onların arasında baş tutmuş danışıqların təfərrüatlarını açıqlayıb. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, M. Saakaşvili Rusiya Baş nazirini heç adlandırıb.

O, Qazaxıstan Paytaxtı Gününə həsr olunmuş tədbirdə MDB liderlərinin görüşü barədə danışarkən deyib: “Medvedev... Əlbəttə ki, o, əslində tam bir heçdir. Çünki mən onunla telefonla əlaqə saxlamağa çalışmışam. Və əvvəlcə mən Astanada (2008-ci il iyulun 6-da) onun arxasınca qaçmışam. O, hardasa Nazarbayevin (Qazaxıstan Prezidenti Nursultan Nazarbayev) diskotekasında müharibə planları barədə mənə məlumat verdi. Söhbəti davam etdirməyim deyə o, tualetə qaçdı”.

M. Saakaşvuili əlavə edib: “Medvedev sıfırdır. Mən elə bilirdim Rusiya Prezidenti ilə danışıram, məlum oldu ki, mən ümumiyyətlə heç nə olan insanla danışıram... O özü mənə deyib: “Bilirsən mən qərar qəbul etmirəm, Moskvada janrın digər qanunları var”. Nazarbayev mənə yaxınlaşıb dedi ki, o, heç kimdir, onun Moskvada rəisi var. Sankt-Peterburqdakı (6 iyun 2008-ci il) görüşdən sonra Medvedevə üç dəfəzəng etmişəm və bunun ikisində telefonun dəstəyini Putin götürüb. Putin bir dəfə mənə dedi: “Niyə Medvedevə zəng edirsən? Belə məsələləri mənimlə həll et, onları mən kurasiya edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top