Həcc ziyarətinə gedənlərin sayı 1 milyona çatır

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978 min 159 nəfərə çatıb. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat açıqlayıb.

Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61 min 500 nəfər, yəni 7 faiz artıb.

İdarədən bildiriblər ki, zəvvarların 928 min 43 nəfəri təyyarə, 40 min 734 nəfəri yerüstü nəqliyyat, 9382 nəfəri isə gəmi ilə gəlib. (azertag)

DİGƏR XƏBƏRLƏR

Top