Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma əl-Əsəd Dəməşqin mərkəzi xəstəxanasına yerləşdirilib.
Yeniavaz.com-un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, 42 yaşlı xanımda onkoloji xəstəlik tapılıb.
Suriya Prezidentinin dəftərxanası öz “Twitter” səhifəsində məlumat verib ki, söhbət bədxassəli süd vəzi xərçəngindən gedir. Xəstəlik erkən mərhələdə aşkarlanıb, buna görə də müalicənin uğurla başa çatma şansı çox yüksəkdir.
Qeyd edək ki, Ə. əl-Əsəd Londonda həkim və diplomat ailəsində anadan olub. Onun valideynləri hələ də Böyük Britaniyada yaşayır.