SOCAR Almaniya şirkətinin Türkiyədəki payını ala bilər - 250 milyon dollara

Almaniyanın enerji şirkəti "EWE A.G." Türkiyədəki səhimlərini Dövlət Neft Şirkəti (SOCAR) satın ala bilər. Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniya şirkəri Türkiyədə şəhərdaxili qaz paylamasını həyata keçirən "Bursagaz" və "Kayserigaz" şirkətlərindəki payını satmaq qərarına gəlib. Satışa çıxarılan səhimlərin ümumi dəyərinin 200-250 milyon dollar olduğu bildirilir. Türkiyə mətbuatı yazır ki, SOCAR-la bərabər "Kolin" şirkəti də bu səhimləri almaq niyyətindədir.

"EWE A.G." şirkətinin hazırda Türkiyədə "Bursagaz", "Kayserigaz", "EWE Enerji", "Enervis" ve "Millenicom" olmaqla 5 şirkətdə payı var. "EWE A.G." "Bursagaz" və "Kayserigaz"dakı payı 80% təşkil edir. Digər 20%-in 10%-i "Çalık Enerji"yə, 10%-i isə yerli bələdiyyələrə aiddir.

DİGƏR XƏBƏRLƏR

Top