“Maduroya qarşı sui-qəsd şit zarafatdan başqa bir şey deyil”

Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd şit zarafatdan başqa bir şey deyil.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Venesuela Milli Assambleyasının müxalif deputatı Xulio Borxes özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkədə və hətta bütün dünyada heç kəs sui-qəsdin doğruluğuna inanmır: “Bu, komediyadan başqa bir şey deyil. Biz bilirik ki, sui-qəsdin videoyazı elə montaj edilib ki, bizim diktaturamızın (Nikolas Maduro) əleyhinə çıxış edənlər təqib edilsin”.

Xatırladaq ki, Venesuela Prezidentinə qarşı pilotsuz aparatdan istifadə edilməklə törədilən sui-qəsd nəticəsində güc strukturlarının yeddi əməkdaşı yaralanıb. N. Maduro sui-qəsddə venesuelalı ultrasağçılarla birlikdə kolumbiyalı ultrsağçıları və Kolumbiyaya rəhbərlik etmiş Xuan Manuel Santosu günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top