Lukaşenko kazinoları leqallaşdırdı

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində onlayn-kazinoların təşkili və fəaliyyətinin leqallaşdırılması barədə fərman imzalayıb.

Yeniavaz.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin saytında məlumat yayımlanıb.

Fərmana əsasən, Belarusda onlayn-kazino açmaq üçün xüsusi hesabda uduşların ödənişləri üçün depozit tələb olunacaq. Bundan əlavə sənəddə qeyd olunur ki, Belarus vergi xidmətlərinin onlayn-kazinoya nəzarət edə bilməsi üçün virtual oyun sistemi xüsusi kompüter xəzinə sisteminə qoşulmalıdır.

Fərmanda həmçinin qumar oyunlarında iştirak üçün minimal yaş həddi 18-dən 21-ə qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top