“Taksi” filminin ulduzu Moskvada döyüldü

Moskvada aktyor Sami Naserini döyən belorus Oleq Kazakov bildirib ki, buna səbəb “Taksi” filminin ulduzu və onun dostlarının davranışları olub.

Kazakov deyib ki, Naseri və qardaşı hələ klubda qalmaqal yaradıblar: onlar xidmətdən narazı qalıblar və hesabı ödəməkdən boyun qaçırıblar.

Saxlanılan şəxsin sözlərinə əsasən, dava-dalaşı da ilk olaraq məhz fransızlar başlayıblar. Baxmayaraq ki, o, Naseri və qardaşının əvəzinə hesabı ödəməyi onlara təklif edib.

Qeyd edək ki, hadisə avqustun 4-dən 5-nə keçən gecə yaşanıb. Moskva polisi fransalı aktyoru döyməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Sami Naser hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş və gözündən əməliyyat olunmuşdu. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top