Şəki sakini Mingəçevirdə suda boğulub

Mingəçevir çimərliyində növbəti boğulma hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, Şəki rayonunun orta Cəyirli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Taleh Rafiq oğlu qeyri-qanuni çimərlik ərazisində çimərkən boğulub.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top