
Bu gün Ağdaş rayonunda intihar olub.
Yeniavaz.com saytı xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü Qədirov Əhməd ölmüş vəziyyətdə oğlu tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
İlkin araşdırma zamanı məlum olub ki, Qədirov Əhməd yaşadığı evin həyatyanı sahəsində özünü asaraq intihar edib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
Pərviz Əliyev, Ağdaş
Tətbiqimizi yükləyə bilərsiniz