Azərbaycanda yüklər ən çox hansı nəqliyyat vasitəsilə daşınır?

2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton, yük dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6 miyon 84,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 19,3 faizini və ya 4 milyon 947,2 min tonunu tranzit yüklər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top