Orta aylıq əmək haqqı: Səbaildə 1500 manat, Sabunçuda 490 manat

Bu ilin yanvar-may aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 min 115 nəfər artaraq 709 min 689 nəfər olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2018-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 2,1 faiz artaraq 790,6 manat olub.

2018-ci ilin yanvar-may ayları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

2018-ci ilin

yanvar-may aylarında muzdlu işçilərin sayı (nəfərlə)

2018-ci ilin

yanvar-may aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri - cəmi

709 689

790,6

o cümlədən rayonlar:

Binəqədi

45 153

448,5

Xətai

63 144

779,4

Xəzər

30 070

723,4

Qaradağ

25 393

1 036,6

Nərimanov

67 738

511,3

Nəsimi

160 326

657,4

Nizami

43 352

670,9

Pirallahı

8 083

1 439,1

Sabunçu

27 814

493,0

Səbail

113 044

1 446,5

Suraxanı

19 715

568,8

Yasamal

105 857

683,7

DİGƏR XƏBƏRLƏR

Top