Paytaxt sakinləri son 6 ayda kafe və restoranlarda 451 milyon manat xərcləyiblər

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi (kafe, restoran və s.) əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 451,1 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsinə istinadən bildirir ki, dövriyyənin 46,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 20,9 faiz artaraq 223,8 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top