Mehman Hüseynov anasının dəfnində iştirak etmək üçün azadlığa buraxılıb - YENİLƏNİB

Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa buraxılıb.

O, anası Firəngiz Hüseynovanın dəfninə buraxılıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib. (Report)

***16:53

Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

Yeniavaz.com xəbər verir ki, Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşür. Mehman Hüseynovun cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra onun anasının dəfnində iştirak etmək üçün bu gün müvəqqəti azadlığa buraxılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top