Bu ölkədə toylarda səsləndirilməsi mümkün mahnıların siyahısı hazırlanır

Özbəkistanın “Özbəkkonsert” dövlət qurumu toylar üçün tövsiyə edilən mahnıların siyahısını tərtib etmək niyyətindədir.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, arzu edən hər kəs siyahının tərtib edilməsinə qoşula bilər. Bunun üçün toyda uyğun gördükləri mahnıları quruma göndərmək lazımdır. “Özbəkkonsert” təklifləri qurumun ünvanına göndərməyi və telefonla zəng etməyi xahiş edir.

Xatırladaq ki, “Özbəkkonsert” daha əvvəl toylara və digər şənliklərə dəvət edilməsi tövsiyə edilən artistlərin siyahısını hazırlayıb. Hər bir artist üçün çıxışın qiyməti göstərilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə toy şənliklərinin vüsətinin məhdudlaşdırılması üzrə tədbirlər görülür. O, hökumət və regionların rəhbərlərinin diqqətinə çatdırıb ki, təntənəli toylar ailələri müflis edir. Bununla əlaqədar respublikada nümunəvi sadə toylar keçirilir ki, gənclər onlardan nümunə götürsünlər.

DİGƏR XƏBƏRLƏR

Top