Dünyanın ən titullu aşpazı vəfat etdi

İsveçrədə 74 yaşında fransız şef-aşpaz Joel Robyuşon vəfat edib.

Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, J. Robyuşonun başçılıq etdiyi müəssisə ümumilikdə 32 mişlen ulduzu alıb.

J. Robyuşonun bu ulduzlarının sayı dünyadakı digər aşpazların ulduzundan daha çoxdur. “Gault et Millau” restoran bələdçisi 1989-cu ildə onu əsrin şef aşpazı adlandırıb.

Aşpazın ölüm səbəbi onkoloji xəstəlikdir.

DİGƏR XƏBƏRLƏR

Top