Son bir neçə ayda dünyasını dəyişən 20 azərbaycanlı məşhur - SİYAHI

Tanınmış reper Anar Nağılbazın qəfil vəfatı hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biridir. Nağılbazın ürəktutmadan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən bu günədək Azərbaycanda xeyli sayda məşhur ürəktutmadan, xərçəngdən və digər xəstəliklərdən dünyasını dəyişib.

Yeniavaz.com saytı bu il dünyasını dəyişən məşhurların siyahısını təqdim edir.

1. Reper Anar Nağılbaz (Cəbiyev) - ürəktutmadan vəfat edib.

2. İTV-nin tanınmış aparıcısı Kamran İsrəfilov - infarktdan ölüb.

3. Müdafiə sənayesi naziri Yavər Camalov - onkoloji xəstəlikdən vəfat edib.

4. Xalq artisti Fuad Poladov - xərçəngdən dünyasını dəyişib.

5. Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov - dəm qazından boğulub.

6. Xalq artisti Xəyyam Mirzəzadə - uzun sürən xəstəlikdən dünyasını dəyişib.

7. Əməkdar artist Həsənağa Sadıqov - onkoloji xəstəlikdən vəfat edib.

8. Deputat Astan Şahverdiyev - ürəktutmadan dünyasını dəyişib.

9. Aşıq Azər Xanlaroğlu - hepatitdən əziyyət çəkirdi.

10. Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyev - uzun sürən xəstəlikdən dünyasını dəyişib.

11. "Neftçi"nin və Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev - ürəktutmadan vəfat edib.

12. Bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər - insultdan ölüb.

13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov - müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

14. Xalq artisti, tanınmış qarmon ifaçısı Kamil Vəzirov - bir neçə xəstəlikdən əziyyət çəkirdi.

15. Tanınmış jurnalist, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski - ürəktutmadan vəfat edib.

16. Tanınmış ekspert, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov - onkoloji xəstəlikdən dünyasını dəyişib.

17. Azərbaycanın tanınmış cərrah mama-ginekoloqu Səbinə Mirzəyeva - beyninə qan sızıb və vəfat edib.

18. Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı - ürək çatışmazlığından vəfat edib.

19. Xalq artisti Zərnigar Ağakişiyeva - evində ölü tapılıb.

20. Azərbaycanın sabiq baş naziri Fehruz Mustafayev - ürək çatışmazlığından vəfat edib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top