İndoneziyada zəlzələ qurbanlarının sayı 39 nəfərə çatıb

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.

Bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.(Report)

DİGƏR XƏBƏRLƏR

Top