
Paytaxt Karakasda keçirilən hərbi paradda çıxış edən zaman sui-qəsdə məruz qalan Venesuela prezidenti Nikolas Maduro hadisə barədə danışıb.
Maduro 7 əsgərin yaralandığı, özünün zərər görmədiyi hücuma görə ABŞ və Kolumbiyanı ittiham edib:
"Hücum radikal sağ qrup tərəfindən törədilib və şübhəlilərdən bəziləri həbs edilib. Cinayətkarların Boqota və Mayami şəhərləri ilə əlaqələri var".
Qeyd edək ki, sui-qəsd cəhdi bomba ilə yüklənmiş "drone" vasitəsilə həyata keçirilib.
(Qaynarinfo)
Tətbiqimizi yükləyə bilərsiniz