NATO-nun Balkan yarımadasında ilk aviabazası bu ölkədə tikiləcək

Albaniya NATO-nun Balkan yarımadasında ilk aviabazasını Kuçova şəhərində tikmək niyyətindədir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Albaniyanın Baş naziri Edi Rama özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Şimali Atlantika Şurası Qərbi Balkanlarda ilk aviabazanı Albaniyada tikmək qərarını qəbul edib. E. Rama bildirib ki, NATO-nun layihənin ilk hissəsinə investisiyaları 50 milyondan çox avro təşkil edəcək.

Baş nazir diqqətə çatdırıb ki, aviabaza logistika, hava məkanının mühafizəsi, ekipaj və personalın təlimi üzrə alyans qüvvələrinə dəstək verəcək. Qeyd edək ki, 50 min əhalisi olan Kuçova şəhəri Albaniyanın cənubundakı Berat bölgəsində yerləşir. Şəhər 1950-1990-cı illər arasında Stalin adlanıb.

DİGƏR XƏBƏRLƏR

Top