Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyində işə düzəldi

Məşhur aktyor Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi təyin edilib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi “Facebook” səhifəsində yerləşdirilən məlumatında deyilir.

Bildirilir ki, S. Siqalın vəzifəsi humanitar sahədə Rusiya-Amerika münasibətlərinin gələcək inkişafına, o cümlədən mədəniyyət, incəsənət, ictimai və gənclər mübadiləsi sahələrində qarşılıqlı fəaliyyətə yardım etməkdir. Rusiya XİN-dən deyiblər ki, söhbət ictimai-siyasi vəzifədən gedir və bu, pul mükafatını nəzərdə tutmur.

Xatırladaq ki, ABŞ-da anadan olan akyor S. Siqal 2016-cı ilin noyabrında Rusiya vətəndaşlığı alıb. O, tez-tez Rusiyaya səfər edir və Rusiyaya simpatiyası olduğunu dəfələrlə bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top