Nazir sosial şəbəkədə videosu yayılan əlillə bağlı göstəriş verdi - VİDEO

Laçın rayonundan məcburi köçkün, Şumqayıt şəhərində yaşayan ikinci qrup əlil Muxtarlı Sərxan Söhrab oğlu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.

Qeyd edək ki, Sərxan Muxtarlı inşaatda yıxıldıqdan sonra əlil olub.

Hazırda 26 yaşı olan S. Muxtarlı yayılmış videoda inşaatda çalışarkən həm ayaqlarının, həm də belinin 2 yerdən qırıldığını, ondan sonra sağlamlığını itirdiyini bildirib.

O, ailəlidir, 2 qız övladı var, vaqonda yaşayır.

61 manat pensiya alan gənc ata bununla ailəsini dolandıra bilmədiyini deyib.

Ayaq pəncələri işləməyən əlil hazırda əlil ağacı olmadan yeriyə bilmir.

Yeniavaz.com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı açıqlamasında deyib: "Muxtarlı Sərxan Söhrab oğlunun vəziyyəti ilə bağlı sosial mediada yayılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal araşdırma başlandı.

Sərxanın yaşadığı ünvana gedərək onun yaşayış şəraiti ilə tanış olduq, özü və valideynləri ilə görüşdük. Onun müalicəsi və işləməsi üçün bütün imkanları müzakirə etdik. Sərxanın ən böyük arzusu sağlamlığını bərpa edərək əmək fəaliyyətinə başlamasıdır.

Ona Əlillərin Bərpa Mərkəzində reabilitasiya prosedurlarına cəlb olunması, həmçinin tam dövlət təminatında olmaqla 1 saylı Peşə Reabilitasiya Mərkəzində marağında olduğu peşəyə yiyələnməsi üçün bütün imkanlar təklif olundu. Bundan sonra onu özünüməşğulluq proqramının imkanlarından da istifadə etməyə dəvət etdik".

"Paralel olaraq ona birdəfəlik maddi yardım, həmçinin ailənin ehtiyac meyarına uyğun olaraq Ünvanlı Dövlət Sosial Yardımının təyin olunması üçün prosedurlara başlanılıb",-deyə Fazil Talıblı bildirib.

elil

DİGƏR XƏBƏRLƏR

Top