Pul xərcləmədən ana südünü artırmağın ASAN yolları - Körpəniz sağlam olacaq

Dünən respublikanın baş pediatrı Nəsib Quliyevin yerli mətbuata açıqlamasında "İndiki analar uşağa süd vermirlər ki, fiquraları pozular" deməsi marağa səbəb olub. Onunla razılaşanlar da var, sosial şəbəkədə bu fikrə iradını bildirənlər də.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində ana südünün keyfiyyəti ilə bağlı araşdırmalar aparılır və demək olar hər dəfə yeni faydaları aşkarlanır. Yeniavaz.com saytı ana südünün faydaları, xərc çəkmədən ana südünü artırmağın asan yolları ilə bağlı məlumatları təqdim edir.

1. Körpə ölümlərinin qarşısını alır.

2. Viruslardan qoruyur.

3. Vitaminlərlə zəngindir.

4. İmmuniteti gücləndirir.

5. Ana südü ilə böyüyən uşaqların yaddaşı güclü olur.

6. Körpəni sakitləşdirir.

7. Sümükləri möhkəmləndirir.

8. Uşaqlarda xroniki xəstəliklərin inkişafına mane olur.

9. Tənəffüs yollarını, həzm sistemini infeksiyalarından qoruyur.

10. Xərçəngdən qoruyur.

11. Boy artımına kömək edir.

12. Fosfor və kalsium kimi minerallarla zəngindir.

13. Ana südü ilə böyüyən uşaqlar daha tez və səlis danışırlar.

14. Uşaqların gözlərinə müsbət təsir göstərir.

15. Ana südü ilə böyüyən uşaqlar daha cüssəli, fiziki baxımdan daha qüvvətli olurlar.

Ana südünü artırmağın asan yolları

- Ana gün ərzində 3-3,5 litr su içsin.

- Şəkərsiz çay, ayran, şorba və ya meyvə kompotları ana südünü artırır.

- Tərkibində zülal olan qidalara üstünlük versin.

- Süd, yoğurt, ayran, pendir, yumurta, ət, toyuq və balıq kimi proteinli qidalar qəbul etsin.

- Narıncı rəngli meyvə-tərəvəzdən istifadə etsin.

- Yaşıl yarpaqlı cəfəri, pazı, ispanaq südün ifrazını artırır.

- Razyana toxumunun südü artırmaqda əvəzsiz rolu var.

- Qarğıdalı saçağının qaynadılıb içilməsi də ana südünü artırır.

- Hər gün bir boşqab yulaf yarması yemək südü artırır.

- Acı qidalardan, siqaret, qəhvə, çay və alkoqollu içkilərdən uzaq dursun.

- Nanə, kəklikotu dəmləməsi, cəfəri, quzuqulağı dəmləməsi ana südünü artırır.

DİGƏR XƏBƏRLƏR

Top